İndoneziyanın Lombok adasında baş verən silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 555-ə çatıb, 1500 nəfər isə xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə avqustun 24-də “Channel NewsAsia” telekanalı İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyinə istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, 390 min yerli sakin öz evlərini itirib, müvəqqəti təxliyə mərkəzlərində yerləşib.
Xatırladaq ki, Lombok adasında güclü yeraltı təkanlar iyulun 29-da başlanıb və avqustun 5-də 7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət qonşuluqdakı Bali adasına da zərər vurub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölkə iqtisadiyyatına 348 milyon dollar ziyan dəyib.