“ABŞ-la geniş əlaqələrimiz var”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü deyib:
“ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.
"Xüsusilə ticarətin genişlənməsini və artırılmasını çox istəyirik. Ağ Evdəki görüşlərimdə bu mövzunu həmsöhbətlərimə xüsusilə vurğuladım. Dedim ki, Türkiyə ilə ABŞ arasında 21 milyard dollarlıq ticarət həcmi yaraşmır”, - İ.Kalın əlavə edib.