Qlobal kompüter çipi çatışmazlığı səbəbindən “iPhone 13” mobil telefonlarının istehsal hədəflərinin aşağı salınacağı xəbərlərindən sonra “Apple” şirkətinin səhmləri ucuzlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Bloomberg”ə istinadən xəbər verir ki, elektron nəhənginin 2021-ci ilin son rübündə 90 milyon “iPhone” istehsal etməsi gözlənilirdi. “Apple” isə ortaqlarına son açıqlamasında gözləniləndən 10 milyon daha az istehsal olacağını bildirib. Bundan sonra şirkətin səhmləri 1,2 faiz ucuzlaşıb.