Əfqanıstanın "Taliban" hərəkatı tərəfindən formalaşdırılmış müvəqqəti hökumətinin bir qrup nümayəndə heyəti Türkiyəyə səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.
Qeyd olunur ki, müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Müttəkinin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra rəsmi şəxslərlə görüşüb.
Bu, "Taliban" nümayəndələrinin Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk xarici səfəridir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.