Ermənistan mətbuatı yağ, ət və digər əsas ərzaq məhsullarının bahalaşmasından yazıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, saytlar son zamanlar kartofun qiymətinin nəzərə çarpacaq dərəcədə qalxmasının narahatlıq doğurduğunu qeyd edirlər.
"Joğovurd" nəşri ermənilərin ən çox istehlak etdiyi məhsullardan sayılan kartofla bağlı təcili addımların atılmasını vacib sayıb.
- Ölkəmizdə kartofun qiyməti tədricən dolların məzənnəsinə çatıb. İndi bu tərəvəz ötən ilin indiki dövrü ilə müqayisədə daha yüksək qiymətə satılır. Yerevan supermarketlərində bir kiloqram kartofun qiyməti 330-550 dramdır. Ötən ilin sentyabr-oktyabr aylarında isə kartofun qiyməti 150 dram idi. Fermerlərin fikrincə, qış aylarında kartof daha da bahalaşacaq-,məqalədə yazılıb
Nəşr xüsusi olaraq qeyd edir ki, kartofun bahalaşmasının əsas səbəbi suvarma suyunun olmamasıdır. Kəndlilər bu problemi ilin əvvəlində qabartmağa başlamışdılar.
- Su çatışmazlığı səbəbindən bu ilki kartof əkinindəki məhsuldarlıq gözləniləndən az oldu deyə fermerlər məhsulun qiymətini qaldırıb.