Türkiyənin Samsun vilayətində İstanbuldan Trabzona hərəkət edən sərnişin avtobusu 150 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində ölən və yaralananlar var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Qəza baş verən bölgəyə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.