Almaniyada keçiriləcək son seçkilərdə namizədliyini irəli sürməyən Kansler Angela Merkel Türkiyəyə səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər çərçivəsində Angela Merkelin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirilib.
İstanbulun Huber Köşkündə media üçün qapalı keçirilən təkbətək görüş bir saat davam edib.
Daha sonra Rəcəb Tayyib Ərdoğanla Angela Merkel köşkün eyvanından İstanbulu seyr ediblər.
İki liderin mətbuata birgə açıqlama verməsi gözlənilir.