"Erməni xalqı tezliklə "Qırmızı kitab"a düşəcək"- Aşotyan

A- A A+

Ermənistanın "Respublika" partiyasının sədr müavini Armen Aşotyan ölkəsinin hazırkı ağır durumundan gileylənib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli mediaya açıqlama verən Aşotyan Ermənistanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını etiraf edib.

- Bu mübahisəolunmaz bir faktdır ki, artıq bizim dövlətimiz yoxdur. Ermənistan sadəcə BMT üzvü olan və Argentina ilə Avstraliya arasındakı əlifba sırasıyla səslənən "ritual detal"dır. Dövlətimizin məhv olması təkcə kapitulyasiya ilə bağlı deyildi. Səbəb daha dərindir. Dövlətlər millətlər tərəfindən yaradılır. İndi Ermənistan respublika kimi ona görə mövcud deyil ki, erməni xalqı da yoxdur.

Paşinyanın məğlub imici Ermənistanı alçaldır. Bir sözlə, ermənilər artıq siyasi varlıq deyil, belə sürətli məhv olma ilə tezliklə "Qırmızı Kitab"da yer alacaq bir etnoqrafik alt növ olacaqlar. Dövlətçilik də qalmayacaq, çünki onu yaradan insanlar yoxa çıxırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: