ABŞ-da bazar ertəsi instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Downdetector” xidmətinin saytında bildirilir.
Portal qeyd edib ki, nasazlıqlar haqqında bildirən istifadəçilərin 49 %-i proqramın işindən şikayətlənir, istifadəçilərin 32 %-i sosial şəbəkədə paylaşımları yerləşdirməkdə çətinliklərlə üzləşib, daha 19 % istifadəçi sayta girə bilmir.
Nasazlıq haqqında xəbərlər həmçinin Böyük Britaniyadan, Almaniyadan və Fransadan və digər ölkələrdən daxil olub.