“İkinci Qarabağ müharibəsində məğlubiyyətin səbəblərini anlamaq, təhlil etmək üçün Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahına rəsmi məktublar göndərmişəm”.
NUHÇIXAN İnformasiya Agentliyi “News.am”a istinadən xəbər verir ki, bunu “Mənim şərəfim” parlament fraksiyasının deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Tiqran Abramyan feysbuk səhifəsində yazıb.
O, dövlət qurumlarının cavabından razı qalmadığını bildirib: “Müdafiə Nazirliyinin cavabında təhlilin hələ başa çatmadığı vurğulanıb. Amma həm də qeyd olunub ki, strukturda əsaslı islahatlar aparılır. Silahlı Qüvvələrdə aparılan islahatın mahiyyəti aydın deyil. Doğrudur, məktuba cavab verildi. Amma cavablar daha çox sual yaratdı. Silahlı Qüvvələrdə aparılan dəyişikliklərin məzmunu heç bir halda qənaətbəxş sayıla bilməz”.