Türkiyə Hərbi Dəniz Qüvvələrinə yerli istehsal olunan "Aksungur" adlı dron (pilotsuz uçuş aparatı) təhvil verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir "Twitter" hesabında məlumat verib.
O, Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) şirkəti tərəfindən istehsal olunan dronların bütün sınaqları tamamladığını bildirib.
750 kiloqrama qədər faydalı yük (raketlər, radarlar və s.) daşıya bilən dronlar 50 saata yaxın havada qala bilirlər.
Şirkətin əvvəllər istehsal etdiyi "Anka" adlı dronlara əsaslanaraq 18 ay ərzində inkişaf etdirilən "Aksungur" kəşfiyyat, müşahidə, nəzarət və zərbə missiyalarında istifadə ediləcək.