Erməni lobbisinin üzvləri fransız vergi ödəyicilərinin pullarını diaspor fəaliyyətinə necə sərf edir?
Fransadakı erməni diasporunun üzvlərinin iç üzü aşkara çıxır. Onlar artıq fransız vergi ödəyicilərinin pullarını öz məqsədləri üçün necə istifadə etdiklərini gizlədə bilmirlər. Erməni diasporu öz məqsədlərinə nail olmaq üçün hazırda dövlət əmlakını mənimsəmə ittihamı ilə məhkəmə qarşısında olan Fransua Pupponi kimi çox cılız, şübhəli yerli siyasi şəxslərdən istifadə edir. Beləliklə, erməni diasporunun nümayəndələrinin nə qədər aşağı səviyyədə olduğu üzə çıxır. Bahalı restoranlarda, beşulduzlu otellərdə dövlət qurumunun bank kartından istifadə edən birinin dəstəyini axtarmaqda hansı məntiq var? Bəzi fransız siyasətçilərin belə çirkin əməlli erməni lobbisinin üzvlərini müdafiə etməsi də şübhələr doğurur. Belə çirkin əməlli erməni diaspor nümayəndələri ilə əlaqələr nədən xəbər verir?
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransadakı erməni diasporunun fəallarından olan, Sarsel şəhərinin sabiq meri Fransua Pupponi şəhər mərkəzləşdirilmiş isitmə sistemi şirkətinin prezidenti olduğu dövrdə şirkətin sosial vəsaitlərindən sui-istifadə, sənəd, eləcə də bank kartı ilə bağlı saxtakarlıqda ittiham edilir. Pontuaz şəhərində gedən məhkəmə prosesində Fransua Pupponinin 27 min avro dövlət vəsaitini mənimsədiyi bildirilib.
Məhkəmədə F.Pupponinin dövlət hesabına Korsikada istirahət etdiyi də aşkarlanıb. O, yay tətilində Korsikada olarkən 13 min 620 avro nağd pul çıxarıb. Parisdə çox bahalı “Napoleon” otelində qalıb, eləcə də “Gare de Lyon” dəmiryol vağzalı yaxınlığında yerləşən tanınmış nüfuzlu “Train Bleu” restoranında naharlar təşkil edib.
Bütün bu ittihamlara F.Pupponi özünü “saf” insan kimi göstərərək, yeniyetmə kimi gülünc cavablar verib, məsuliyyətdən yayınmağa çalışsa da, onun söylədiklərinin yalan olduğu faktlarla sübuta yetirilib. Şahidlər onun üzünə duraraq yalan söylədiyini, digərləri onunla əlaqələrinin olmadığını bildiriblər. F. Pupponinin guya işlə bağlı nahara dəvət etdiyi insanların bəziləri onunla nahar etmədiklərini, bəziləri isə naharın pulunu özləri verdiklərini bildiriblər.
Artıq F. Pupponi kimi erməni lobbisi üzvlərinin fransız vergi ödəyicilərinin pullarını erməni diasporunun fəaliyyətini maliyyələşdirməyə sərf etməsinə şübhə qalmır.
Deputat özünü yeniyetmələrsayağı müdafiə etməyə, əməllərinə haqq qazandımağa çalışsa da, məhkəmənin cəzasından yayına bilmədi.
Xatırladaq ki, Fransanın sabiq Baş naziri eduard Balladur da 91 yaşında sosial vəsaitdən sui-istifadə ittihamı ilə məhkəməyə çıxarılmışdı.