NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti yeraltı sərvətlərin istifadəsi sahəsində sui-istifadə hallarını aşkarlayıb.
Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, 2012-2019-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkət Kotayk əyalətinin Zoravar icması ərazisində yeraltı istifadə icazəsi və digər sənədlər olmadan qanunsuz olaraq qazıntılar həyata keçirib.
Nəticədə 250 min kubluq qanunsuz bazaltın hasilatı həyata keçirilib. Dövlətə 816,5 milyon dram ( 1,7 milyon ABŞ dollarından çox-red) məbləğində vergilər və başqa öd'mələr həyata keçirilməyib.
Fakt üzrə cinayət işi qaldırılıb.