Ermənistanın dövlət borcu artaraq 9 milyard dolları keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazır.
“Sentyabrın 30-u üçün Ermənistanın dövlət borcu 9 milyard 31 milyon dollar təşkil edir. Avqust ayı ilə müqayisədə borcun miqdarı 86 milyon dollar, ötən ilin analoji dövrü ilə müqayisədə 1 milyard 184 milyon dollar artıb” – deyə açıqlamada bildirilir.
Həmin vəsaitin 8 milyard 564 milyon dolları xarici borc, qalan vəsaiti isə Ermənistanın daxili borcu təşkil edir.