Rusiya və Monqolustan prezidentləri Vladivostokda görüşəcəklər

A- A A+

Rusiya prezidenti Vladimir Putin sentyabr ayında Vladivostokda monqolustanlı həmkarı Xaltmaaqiyn Battulqa ilə görüşəcək. NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi "İzvestiya" qəzeti məlumat yayıb. Qəzet Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadla bildirir ki, görüş sentyabrın 11-13-də Vladivostokda keçiriləcək dövlət başçılarının dördüncü Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində baş tutacaq. Forumu keçirməkdə əsas məqsəd Uzaq Şərqə sərmayələrin cəlb edilməsindən ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: