Türkiyənin "Bayraktar TB2" hücum PUA-larının ixrac ediləcəyi ölkələrin sayı 13-ə yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə döyüş pilotsuz təyyarələri istehsalçısı "Baykar" şirkətinin rəsmi "Twitter" səhifəsində bildirilib.
Məlumata əsasən, adı çəkilməyən daha bir ölkə ilə dronların tədarükü üçün müqavilə imzalanıb:
"BayraktarTB2 SİHA-nın tədarükü üçün daha ölkə ilə ixrac müqaviləsi bağlamışıq. BayraktarTB2 SİHA-nın ixrac ediləcəyi ölkələrin sayı 13-ə çatıb".