Türkiyənin Konya əyalətində zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Tuzlukçu rayonunda yerli vaxtla saat 00:38-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,9 km dərinlikdə yerləşib.
Təbii hadisənin fəsadları barədə məlumat yoxdur.