Ermənistan İkinci Qarabağ müharibəsində silahlanma məsələsində Azərbaycandan geri qalıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ermənistanın prezidenti Armen Sarkisyan Rusiyanın RBK telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Ermənistan bu müharibəyə hazır olmalı idi: "Ermənistan müharibədə hazırlıq və hərbi-texnoloji baxımdan Azərbaycandan geri qalıb. Bizim pilotsuz uçuş aparatlarımız olmalı idi, öz aparatlarımızı yaratmalı idik. Ermənistan bu cür müharibəyə, 21-ci əsrin müharibəsinə hazır olmalı idi".