“Tesla” və “Space X” şirkətlərinin rəhbəri, tanınmış iş adamı İlon Mask Marsa uçuşların təşkili üçün sərmayə yatırmaq niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, bununla bağlı tviter hesabında paylaşımında qeyd edib.
“Mənim planım bəşəriyyəti Marsa aparmaq və insan şüurunun işığını hifz etmək üçün pul xərcləməkdir”, - İ.Mask yazıb .
Bundan əvvəl “The Washington Post” nəşrində hökumət tərəfindən layihəsi irəli sürülən “milyarderlər vergisi”nin tətbiq olunacağı halında İ.Mask və Cef Bezosdan (hər ikisi dünya zənginləri sırasındadır) tutulan verginin Marsa uçuşun maliyyəsini ödəməyə bəs edəcəyi barədə yazı verilib.