Ermənistan Rusiyaya miqrant axınına görə ilk üçlükdədir

A- A A+

Ermənistan bu il Rusiya Federasiyasına miqrant axınına görə ilk üç ölkə arasında yer alır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin məlumatında vurğulanıb.

Belə ki, 2021-ci ilin yanvar-iyul aylarında Ermənistandan Rusiyaya 20 min miqrant gəlib. 2021-ci ilin sonunda Rusiyaya miqrant axını son 25 ildə rekord həddə - 398 min nəfərə çata bilər. Sonuncu dəfə 1996-cı ildə Ermənistandan bu ölkəyə gedən miqrantların sayı 400 mini keçib.

Qeyd olunub ki, 30 il əvvəl olduğu kimi, indi də Ermənistandan miqrasiya axını daha çox Rusiyaya yönəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: