“Microsoft” şirkəti təxminən 2,46 trilyon dollarlıq kapitallaşması ilə dünyanın ən bahalı şirkəti olub, bazar maliyyələşməsi təxminən 2,41 trilyon dollar olan “Apple”ı qabaqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nyu-York Fond Birjasında cümə günü keçirilən hərracların məlumatları əks etdirir.
“Apple”ın səhmləri cümə axşamı rüblük məlumatların yayımlanmasından sonra təxminən 4% ucuzlaşıb. Şirkətin gəlirləri analitiklərin proqnozlaşdırdığı orta səviyyədən aşağı olub. Digər tərəfdən, “Microsoft”un səhmləri artıb və hazırda proses davam edir.
Qeyd edək ki, “Microsoft”un əsası 1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qoyulub. “Microsoft” fərdi kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük şirkətlərdən biridir. Şirkətin baş ofisi ABŞ-ın Redmond (Vaşinqton ştatı-red) şəhərində yerləşir.