Ermənistanda koronavirusun yayılması ilə bağlı vəziyyət son dərəcə gərginləşib, yoluxanların sayının kəskin artması səbəbindən xəstəxanalarda praktiki olaraq boş yer yoxdur, yüzlərlə xəstə xəstəxanaya yerləşdirilməsini gözləyir.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 2193 nəfər (bir gün əvvəl 2096) təşkil edib, 52 nəfər (bir gün əvvəl 43) ölüb.
Ölkənin Səhiyyə Nazirliyi koronavirusun yayılması ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən noyabrın 1-dən açıq havada məcburi maska rejiminin təkrar tətbiq olunması barədə qərar qəbul edib.
“Koronavirus infeksiyasının yayılma riskini azaltmaq məqsədilə noyabrın 1-dən etibarən ictimai açıq məkanlarda maska taxılmalıdır”, - deyə qurumun məlumatında bildirilir.