Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin görüşünün Romada keçirilməsi gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin yüksək səviyyəli rəsmisi deyib.
O qeyd edib ki, Romada keçirilən “Böyük iyirmiliyin” (G20) G20 Liderlərinin Sammiti çərçivəsində oktyabrın 31-də ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikitərəfli görüşü nəzərdə tutulur.