“Peyvənd millətçiliyinin hələ də müxtəlif üsullarla davam etdirilməsini və hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan vaksinlərin beynəlxalq arenada ayrı-seçkiliyə məruz qalmasını qəbuledilməz hesab edirik”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki hesabında yazıb.
“İnşallah TURKOVAC peyvəndimizi bütün bəşəriyyətin istifadəsinə təqdim edəcəyik”, - Türkiyə lideri əlavə edib.