Cənubi Qafqazda müsbət addımlar atılır və Prezident İlham Əliyev bu addımları qətiyyətli şəkildə davam etdirmək istəyir - Ərdoğan
İndi Cənubi Qafqazda müsbət addımlar atılır və Azərbaycan Prezidenti İlham Əliyev bu addımları qətiyyətli şəkildə davam etdirmək istəyir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
R.T.Ərdoğan bildirib ki, bu məsələni Fransa prezidenti Emmanuel Makronla müzakirə edib: "Görüş zamanı "altılıq" platformasının yaradılması da gündəmə gəlib. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan bu formatda yer ala bilər. Əgər onlar bu təklifi qəbul etsə, orada bir sülh platforması yaratmış olacağıq".