BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransının (COP26) açılış mərasimi olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, açılış mərasimində çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, istixana qazlarının tullantılarının dərhal azaldılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bizim qalıq yanacaqlardan asılılığımız bəşəriyyəti uçurumun kənarına sürükləyir.
Qlobal istiləşməyə də toxunan Antonio Quterreş söyləyib: “Ya biz bunu dayandıracağıq, ya da o bizi. Buna “bəsdir” demək vaxtıdır”.
Daha sonra çıxış edən ABŞ Prezidenti Co Bayden “İqlim dəyişikliyi ilə mübarizə mənəvi bir öhdəlikdir. Amma bu, həm də iqtisadiyyatlar üçün inanılmaz imkanlar təqdim edir" söyləyib.
Qlobal istiləşmə ilə mübarizəni qaçış yarışlarına bənzədən Bayden, 2030-cu ilə qədər istiləşməni 1,5 dərəcədə saxlayacaq bir sprint qaçışının edilməsi lazım olduğunu bildirib.
ABŞ Prezidenti 2030-cu ilə qədər ölkəsinin istixana qazı emissiyalarını 50-52 faiz azaldacağı ilə bağlı proqnozunu bölüşüb.
Tədbirdə çıxış edən Fransa Prezidenti Emmanuel Makron ən çox karbon buraxan ölkələr arasında 1,5 dərəcə istiləşmə hədəfini paylaşmayanların olduğunu və sammitin məqsədinin bu ölkələri razı salmaq olduğunu bildirib.
Hindistan Prezidenti ölkəsinin 20 il sonra karbon emissiyalarını sıfıra endirəcəyini vəd edib.