Noyabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevi qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Respublikası Prezidentinin Administrasiyasında keçirilən görüş media üçün qapalı olub.
Görüşdə qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.