Arxeoloqlar Qədim Misir fironu II Ramzesin sərdabəsini aşkar ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında qeyd olunub ki, Qahirə Universitetinin arxeologiya fakültəsinin əməkdaşları tərəfindən paytaxtdan 30 kilometr aralıda yerləşən Saqqara rayonunda aparılan qazıntılar zamanı II Ramzesin sərdabəsi aşkar edilib.
Misirin Qədim Abidələr Ali Şurasının baş katibi Mustafa Vəziri jurnalistlərə bildirib ki, II Ramzesin sərdabəsinin olduğu ərazidə Qədim Misirin XIX və XVIII sülalələrinin əyanlarına məxsus sarkofaqlar da tapılıb. Onun sözlərinə görə, bu sarkofaqlardakı mumiyalar fironların xəzinə rəisləri, II Ramzesin Tebesdəki məbədində dini ayinlərini icra edən kahinlərə və mal-qaraya cavabdeh olan şəxslərə aiddir. Sərdabənin divarlarında da mal-qara otaran insanların təsviri var.