Rusiyada “An-12” təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub

A- A A+

Rusiyanın İrkutsk vilayətində “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çukotkaya ərzaq məhsulları daşıyan təyyarədə həlak olanlardan beş nəfəri heyət üzvü, dördü isə yükü müşayiət edən şəxslərdir. Həlak olanların dördü Rusiya, üçü Belarus, ikisi isə Ukrayna vətəndaşıdır. Hazırda altı nəfərin meyiti tapılaraq ekspertizaya təqdim olunub. Təyyarənin “qara qutu”ları tapılıb.

Xatırladaq ki, Yakutiyadan İrkutsk vilayətinə uçan Belarus şirkətinə məxsus yük təyyarəsi noyabrın 3-də qəzaya uğrayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: