“Səhiyyə Nazirliyi tərəfindən Ermənistanda peyvəndləmələrin təsviri müntəzəm olaraq təqdim olunur”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Qeyd olunub ki, Ermənistanda peyvənd olunanlar arasında əcnəbilər böyük say təşkil etməyə davam edir.
“Hazırda oktyabrın 26-na olan məlumatlar məlumdur və bu məlumatlara görə, Ermənistanda həyata keçirilmiş peyvəndləmələrin 2,9 faizi əcnəbilərin, yəni təxminən 20 min nəfərin, 97,1 faizi isə Ermənistan vətəndaşlarının payına düşür. Ermənistanda tam peyvəndlənmə göstəricisi təxminən 10 faiz təşkil edir”, - deyə nəşr bildirib.