"Subaru" ilk elektrikli krossoverini təqdim edib - VİDEO
Yaponiyanın "Subaru" şirkəti onlayn-təqdimat zamanı ilk tam elektrikli "Solterra" krossoverini təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, avtomobil "Toyota" korporasiyası ilə birgə hazırlanıb və bu il təqdim edilən "Toyota bZ4X" krossoverinin əkizidir.
Məlumata əsasən, hər iki avtomobil eyni platforma üzərində hazırlanıb.
Bildirilir ki, yeni "Subaru" hər təkərində ayrı mühərriklərin fəaliyyəti sayəsində əldə edilən tam ötürücü sistem ilə təchiz edilib.
Qeyd edilir ki, bir şarjla belə bir avtomobil təxminən 460 km məsafə qət etməyə qadirdir. Ön ötürücü versiyalı "Toyota bZ4X" modelində bu rəqəm 530 km-ə bərabərdir.