Alimlər kosmosda Yerə doğru yaxınlaşan təhlükəli asteroid aşkar ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi "RİA Novosti"yə istinadən xəbər verir ki, bu qənaətə Rusiyanın M.Keldış Tətbiqi Riyaziyyat İnstitutunun alimləri gəliblər.
İnstitutun əməkdaşı Leonid Yelenin Abastumani Rəsədxanasının teleskopunun köməyi ilə asteroidin yaxınlaşmasını lentə alıb.
Noyabrın 11-nə olan məlumata görə, asteroid Yerdən 18 milyon km məsafədə uçur. Hazırda alimlər obyektin trayektoriyasını aydınlaşdırmağa çalışırlar. Onun təhlükəli olduğu bildirilir.
Bundan əvvəl də bildirilirdi ki, noyabrın ortalarında təhlükəli 2004 UE asteroidi Yer kürəsinin yaxınlığında uçacaq.
Noyabrın 13-də asteroidin Yer kürəsi ilə minimum məsafəyə yaxınlaşacağı gözlənilir.