Türkiyə özünün S-400 analoqunu yaradır - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə özünün «yer-hava» sinfindən olan uzaq məsafəli «Siper» raketini uğurla sınaqdan keçirib.
"Yerli istehsal olan və 2023-cü ilə silahlanmaya qəbul ediləcək hava hücumundan müdafiə sisteminin sınaqları davam edəcək", - deyə "Tvitter"də Müdafiə Sənayesi İdarəsinin başçısı İsmail Demir yazıb.
Onun sözlərinə görə,Türkiyə yeni silahların istehsalını davam etdirəcək və özünün 6-ya qədər müxtəlif hava hücumundan müdafiə sisteminə malik olacaq.
«Siper» layihəsinə Türkiyənin müdafiə şirkətləri ASELSAN, ROKETSAN və Türkiyə elmi-texniki tədqiqatlar Şurası başçılıq edir.
Gözlənildiyi kimi, Rusiyanın S-400 sistemi ilə rəqabət aparacaq «Siper»dən başqa, «Korkut» PVO, «Sunur» və «Hisar» sistemləri də işlənir.