Türkiyənin Malatya vilayətinin Pütürgə rayonunda Rixter cədvəli üzrə 4.7 bal gücündə yeraltı təkan qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Ocağı yerin 7 kilometr dərinliyində olan zəlzələ noyabrın 12-də yerli vaxtla saat 12:19-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Hazırda bölgədə kiçik ölçülü yeraltı təkanlar davam edir.