Bu gün İranın Buşehr vilayətindəki Riz şəhərində 4,1 bal gücündə zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi Tehran Universitetinin Seysmoloji Mərkəzinin verdiyi açıqlamaya istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 13:50-də yerin 20 kilometr dərinliyində baş verib. Ətrafdakı yaşayış məntəqələrində zəlzələ hiss olunub.
Hələlik insan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər göndərilib.