İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm rayonunun Laft şəhəri yaxınlığında 6,4 bal gücündə baş verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:36-da 18 km dərinlikdə qeydə alınıb.
Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.