İranda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi İran XİN-in mətbuat idarəsinin açıqlamasına istinadla xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı, regionda və dünyada baş verən siyasi proseslər müzakirə ediləcək. Nazirlər, həmçinin sərhədlərin mühafizəsinin gücləndirilməsi və su problemi ilə bağlı müzakirələr aparacaqlar.