NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən gün Ermənistanın Təhlükəsizlik Şurasının iclasında cəmi 3 ay əvvəl təyin olunmuş müdafiə naziri, general Arşak Karapetyanın vəzifəsindən uzaqlaşdırıldığı açıqlanıb. Baş nazir Nikol Paşinyan bildirib ki, bu qərarı ölkənin şərqində Azərbaycan Silahlı Qüvvələrinin erməni postlarını ələ keçirməsi ilə bağlıdır.
Baş nazir Karapetyanın postuna mülki şəxs, özünün müavini Suren Papikyanı təyin edib. Bu qərar Ermənistanda şok effekti yaradıb və Paşinyana qarşı tənqidlərə yol açıb. Erməni ekspertlərinin bir qisminin sosial şəbəkələrdə bu qərara verdikləri reaksiyaları təqdim edirik:
Vanoni Şirinyan: "Ordumuz ata itirmiş uşaq kimidir".
Sergey Papovyan: "Qarabağ klanı öz vassalları ilə daxili vəziyyəti qarışdırır, düşmən də bundan sui-istifadə edir".
Aram Şahbazyan: "Yazığım gəlir sənə, erməni dünyası".
Karen Arutyunyan: "Ordumuz artıq iki ayağı yaralı itə bənzəyir"
Hayk Poqosyan: "Cənab Paşinyan, Annanı (Baş nazirin həyat yoldaşı-red.) müdafiə naziri təyin etsəydin, bundan yaxşı idi..."