Ermənistanın bugünkü sərhəd təxribatından sonra ölkədə növbəti dəfə qorxu doğuran müharibə ab-havası yaşanıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli media artıq yaralıların çox olmasını yazır. Qeyd edilir ki, hətta qan bankı bu mənada problemlə üzləşib.
"Ermənistanın Hematologiya Mərkəzi qan donorlarına ehtiyac yarandığını açıqlayıb. Bu barədə mərkəz öz "facebook" səhifəsində məlumat yayıb. Bildirilir ki, hər kəs qan ehtiyatını artırmaq üçün donorluq etsin. İstisnasız olaraq bütün qan qrupları vacibdir. Mərkəz həftə içi, saat 09:00-dan 12:30-a kimi qan toplayır. Donorlar gələrkən pasportlarını da təqdim etməlidirlər",-məqalədə yazılıb.
Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlara əl atıb.