Ukrayna “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadəni genişləndirəcək - FOTOLAR

A- A A+

Ukrayna Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadəni genişləndirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyevdə “Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Valeri Zalujnı ilə görüşündə razılıq əldə olunub.

Görüşdə Ukrayna Silahlı Qüvvələrində pilotsuz aviasiya üzrə daimi işçi qrupun yaradılması müzakirə edilib.

Valeri Zalujni Ukrayna Silahlı Qüvvələrinə göstərdiyi dəstəyə görə Haluk Bayraktara təşəkkürünü bildirib. Qeyd edib ki, Ukrayna Türkiyənin pilotsuz uçuş aparatlarından geniş istifadə etməkdə maraqlıdır.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: