Estoniyanın Rakvere şəhəri 2022-ci il üçün Avropanın idman şəhəri elan edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Estoniya mətbuatına istinadla xəbər verir ki, fəxri ad Avropa Komissiyasının tərəfdaşı olan Avropa İdman Şəhərləri Federasiyası tərəfindən verilib.
Bildirilib ki, dörd nəfərdən ibarət qiymətləndirmə komitəsi bu həftə Rakveredə olub. Komissiya şəhərin idman obyektləri ilə tanış olub, şəhərin və idman müəssisələrinin rəhbərləri ilə görüşüb.
Avropanın İdman Şəhərləri Federasiyasının prezidenti Can Françesko Lupattelli Rakveredə gözəl işlərin görüldüyünü və şəhərin idman infrastrukturunun yüksək səviyyədə olduğunu bildirib.
“15 min nəfər əhalisi olan Rakvere idmanın inkişafı nöqteyi-nəzərindən nəhəng şəhərlərlə eyni səviyyədə qərarlaşıb”, − deyə Can Lupattelli qeyd edib.