Apple şirkəti smartfonların müstəqil surətdə təmir edilməsi üçün ehtiyat hissələr və alətlər satacaq
“iPhone” sahibləri 2022-ci ildən etibarən öz smartfonlarını evdə təmir edə biləcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi Apple şirkətinin bəyanatına istinadla xəbər verir ki, şirkət təmir ləvazimatı dəstlərini alıcılar üçün əlçatan edəcək.
Yeni internet-mağaza gələn ilin əvvəlində ABŞ-da, sonra isə Böyük Britaniyada və digər ölkələrdə iPhone12 və iPhone13 smartfonlarının təmiri üçün 200-dən çox müxtəlif adda ehtiyat hissələr və müvafiq alətlər təklif edəcək. Əvvəlcə çox tez-tez sıradan çıxan hissələr - ekran üçün detallar, akkumulyatorlar və kameralar təklif olunacaq. Şirkətin əməliyyatlar üzrə baş direktoru Ceff Uliyams bildirib ki, orijinal ehtiyat hissələrin əlçatanlığının artırılması sayəsində bu şirkətin müştəriləri təmir zərurəti yarandıqda daha böyük seçim imkanı əldə edəcəklər.