Ermənistanın Qeqarkunik rayonunda yerləşən hərbi hissələrdən birində əsgər ölümü qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu sıravi Gevork Xaçaturoviç Avetyandır.
İlkin məlumata görə, o, silahla davranış qaydalarını pozması nəticəsində açılan atəş nəticəsində ölüb.
Hadisə noyabrın 15-də baş versə də, əsgər bu gün hərbi hospitalda dünyasını dəyişib.