Ermənistanın paytaxtı Yerevanın bir neçə hissəsində etiraz aksiyaları keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyinin erməni KİV-inə istinadən məlumatına görə, etirazçılar əsas küçə və yolları bağlayıb.
Polis etirazçıların aksiyaları dayandırmasını tələb edib. Son məlumatlara əsasən, 18 nəfər saxlanılıb.