Ermənilər bu kəndə qədər geri çəkilib - "32 il əvvəl azərbaycanlıları bu ərazilərdən çıxarmışdıq..."
16 noyabrda törətdiyi təxribatdan sonra ermənilər Sünikin Anabat (Noravank) kəndinə qədər geri çəkiliblər. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı məlumatı Ermənistanın "Jam” (Zaman) qəzeti verib. Anabat kəndinin sakinlərinin sözlərinə görə, Azərbaycan Ordusu kəndin çox yaxınlığında qərarlaşıb və əsas yollardan birinə nəzarəti tam ələ keçirib.
Kənd sakinləri deyirlər ki, hələ 32 il bundan əvvəl onlar azərbaycanlıları bu ərazilərdən çıxarmışdılar. İndi isə Azərbaycan Ordusu həmin əraziləri geri qaytarıb və ermənilər üçün həyati əhəmiyyət kəsb edən yolun üzərində post qurub: "Azərbaycanlılar 32 il əvvəl buralardan qaçmışdı. İndi isə həmin yola nəzarət edirlər. Belə davam etsə, tezliklə Anabat (Noravank) da onların olacaq”.