Noyabrın 26-da Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin IV biznes forumu keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hibrid formatda keçiriləcək forum çərçivəsində neft-qaz, kimya, kənd təsərrüfatı, ticarət sektorları, eləcə də qida və toxuculuq sənayesinin rəhbərləri ilə görüşlər də təşkil olunacaq.
Forum çərçivəsində İƏT-ə üzv dövlətlər arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi, ticarət və xidmətlər, o cümlədən elektron ticarət, vergitutma sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq. Nümayəndələr, həmçinin İƏT regionunda nəqliyyat və logistika xidmətlərinin perspektivlərini nəzərdən keçirəcəklər.
Xatırladaq ki, Türkmənistan İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edir.