Ermənistan silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq və korrupsiya halları bu ölkədə ən çox müzakirələrə və mübahisələrə səbəb olan mövzudur.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, bu günlərdə daha bir rüşvət qalmaqalı Ararat vilayətinin Armaş yaşayış məntəqəsində yerləşən hərbi hissədə baş verib. Burada xidmət edən bir neçə hərbçi tərxis olunmaq üçün komandanlığa müraciət edib.
Müraciətlərinə uzun müddət cavab almayan şəxslər bunun səbəbi ilə maraqlanıblar. Cavabında isə ehtiyata buraxılmaq istəyən erməni hərbçilər Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan külli miqdarda rüşvət tələb olunub. Erməni hərbçilər müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.