Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində qəza nəticəsində 52 nəfər həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həlak olanlardan 6-sı xilasedicilərdir.
İlkin məlumata görə, mədəndə qalan şaxtaçılar və xilasedicilər metan qazının partlaması nəticəsində həlak olublar.
Hüquq mühafizə orqanları mədənin direktorunu, onun birinci müavinini və sahə rəisini həbs ediblər.