Paşinyan etiraf etdi: Məcburuq, yoxsa Əliyev bunu hərbi yolla...

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur merləri ilə gizli görüşündən daha bir məqam mediaya sızdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni mediasına istinadla xəbər verir ki, N.Paşinyanın Zəngəzurda əyalət rəhbərləri ilə görüşdə müzakirə etdiyi məsələlərdən biri də Naxçıvana dəhlizin verilməsi ilə bağlı olub.

"Hayeli.am" saytının iddiasına görə, baş nazir Nikol Paşinyan birbaşa Sünik icmasının liderlərinə deyib ki, biz yolları Azərbaycanın üzünə bağlaya bilmərik:

"Azərbaycanı Sünik (Zəngəzur - red.) vasitəsilə Naxçıvana birləşdirən yolu verə bilmərik deyirik. Amma real vəziyyət onu göstərir ki, buna məcburuq. Çünki biz öz mövqeyimizdə israr etsək, İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə Azərbaycana müqavimət göstərməyə imkanımız yoxdur".

Beləliklə, Paşinyanın bu cür çarəsiz bəyanatlarından sonra hökumətin regionda təkləndiyi və bu kimi məsələlərdə aciz qaldığı qeyd olunur.

Gizli görüşün detallarını mediaya görüşdən narazı ayrılan əyalət rəhbərlərinin sızdırdığı iddia edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: