Amerikalı analitik Ermənistanın tezliklə yoxa çıxacağını proqnozlaşdırıb

A- A A+

Hazırda Kato İnstitutunun Qlobal Azadlıq və Rifah Mərkəzində çalışan miqrasiya siyasəti üzrə amerikalı analitik Aleks Nauraste Ermənistanın yaxın 100 il ərzində yoxa çıxacağını proqnozlaşdırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, analitik proqnozları öz “Twitter” səhifəsində paylaşıb.

“100 il sonra hansı ölkələr olmayacaq? Ermənistanla bağlı ən pessimistəm”, - deyə o yazıb.

Nauraste qeyd edib ki, Ermənistan yoxa çıxacaq.

Amerikalı analitik niyə belə qənaətə gəldiyini də izah edib.

“İqtisadi cəhətdən durğunluq, daha güclü qonşulara qarşı müharibələrdə uduzan, aşağı doğum səviyyəsi, yüksək mühacirət səviyyəsi və bütün dünyada çiçəklənən immiqrant icmaları. Xoşbəxtlikdən onlar üçün bu dəfə gedəcək yer var”, - deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: